BİLDİRİŞ

“AZƏRALÜMİNİUM” MMC, tərəfindən 18 İyul 2024 – cü il tarixində “Kamaz” markalı yük maşınları və “Paz” markalı avtobuslar üçün ehtiyat hissələrinin satın alınması məqsədilə qiymət sorğusu müsabiqəsi elan edilmişdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 6 avqust 2024-cü il tarixində saat 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 7 avqust 2024-cü il tarixində saat 15:00-da yuxarıda qeyd olunan ünvanda video konfrans formatında keçiriləcəkdir. Açıq tender barədə ətraflı məlumatı aşağıdakı bağlantıya keçid edərək əldə edə bilərsiniz: https://azeraluminium.com/TenderMethod
Əlaqələndirici şəxs: Teymur Quliyev
Telefon: +994505030375
Elektron ünvan: teymur.guliyev@azeraluminium.az


TENDER KOMİSSİYASI