BİLDİRİŞ
“AZƏRALÜMİNİUM” MMC, tərəfindən 24 İyun 2024 – cü il qablaşdırıcı plastik lent və plastik lent qaynağı alətinin satınalınması məqsədilə qiymət sorğusu elan edilmişdir. İddiaçılar qiymət sorğusunda iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 22 iyul 2024-cü il tarixində saat 18:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 23 İyul 2024-cü il tarixində saat 15:00-da yuxarıda qeyd olunan ünvanda video konfrans formatında keçiriləcəkdir. Qiymət sorğusu barədə ətraflı məlumatı aşağıdakı bağlantıya keçid edərək əldə edə bilrəsiniz: https://azeraluminium.com/TenderMethod
Əlaqələndirici şəxs: Tuqay Həmidli
Telefon: +994502502787
Elektron ünvan: tugay.hamidli@azeraluminium.com
SATINALMA KOMİSSİYASI