BİLDİRİŞ

24 İyun 2024 – cü il tarixində Gəncə Alüminium Kompleksində işçilərin gündəlik içməli su ilə təmin edilməsi xidmətinin satınalınması məqsədilə qiymət sorğusu elan edilmişdir. İddiaçılar qiymət sorğusunda iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 17 iyul 2024-cü il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 18 İyul 2024-cü il tarixində saat 14:00-da yuxarıda qeyd olunan ünvanda video konfrans formatında keçiriləcəkdir. Açıq tender barədə ətraflı məlumatı aşağıdakı bağlantıya keçid edərək əldə edə bilrəsiniz: https://azeraluminium.com/TenderMethod
Əlaqələndirici şəxs: Elmir Vəliyev
Telefon: +994502897433
Elektron ünvan: elmir.valiyev@azeraluminium.com


SATINALMA KOMİSSİYASI