BİLDİRİŞ

“Azəralüminium” MMC, tərəfindən 06 iyun 2024 – cü il tarixində sıxıcı qurğu ilə yük bərkitmə kəmərlərinin satınalınması məqsədilə açıq tender elan edilmişdir. İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 03 iyul 2024-cü il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 04 İyul 2024-cü il tarixində saat 15:00-da yuxarıda qeyd olunan ünvanda video konfrans formatında keçiriləcəkdir.
Əlaqələndirici şəxs: Tuqay Həmidli
Telefon: +994502502787
Elektron ünvan: tugay.hamidli@azeraluminium.com


TENDER KOMİSSİYASI