BİLDİRİŞ

“AZƏRALÜMİNİUM” MMC, tərəfindən 05 İyun 2024 – cü il tarixində Poti - Gəncə marşrutu üzrə 20 ft və 40 ft konteynerlərdə bişmiş anodlarin və mal-materialin dəmir yolu ilə daşinmasi (12 aylıq həcm 1165 konteyner) xidmətinin satınalınması məqsədilə açıq tender elan edilmişdir. İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 03 iyul 2024-cü il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 04 İyul 2024-cü il tarixində saat 16.30-da yuxarıda qeyd olunan ünvanda video konfrans formatında keçiriləcəkdir. Açıq tender barədə ətraflı məlumatı aşağıdakı bağlantıya keçid edərək əldə edə bilrəsiniz: https://azeraluminium.com/TenderMethod
Əlaqələndirici şəxs: Seymur Jafarov
Telefon: +994502502756
Elektron ünvan: Seymur.Jafarov@azeraluminium.com


SATINALMA KOMİSSİYASI