BİLDİRİŞ

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən Etephon 480 q/l və Thidiazuron 119,75 q/l Diuron 59,88 q/l kimyəvi preparatların satın alınması üzrə 19.03.2024-cü il tarixində dərc edilmiş açıq tenderdə Az1065, Bakı şəhəri, Yasamal rayonu,Nəriman Nərimanov pr., ev 206,məh.466 ünvanında qeydiyyatda olan “AGRO-TECH SOLUTİONS” MMC (VÖEN 1304461521) Satınalma Komissiyası tərəfindən qalib elan olunmuş və həmin şirkətlə 333.376,97 AZN (üç yüz otuz üç min,üç yüz yeltmiş altı manat, doxsan yeddi qəpik) məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) 27.05.2024- cü il saat 16:30 tarixində başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olacaq
Əlaqələndirici şəxs: Elçin Hüseynov
Telefon: +994555005112
Elektron ünvan: elchin.huseynov@azercotton.com


TENDER KOMİSSİYASI