BİLDİRİŞ

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən Etephon 480 q/l və Thidiazuron 119,75 q/l Diuron 59,88 q/l kimyəvi preparatların satın alınması üzrə 19.03.2024-cü il tarixində dərc edilmiş açıq tenderdə Az1034, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi (Sabunçu qəs) ünvanında qeydiyyatda olan “EMA” QSC (VÖEN 0700000481) Satınalma Komissiyası tərəfindən qalib elan olunmuş və həmin şirkətlə 327.602,25 AZN (üç yüz iyirmi yeddi min altı yüz iki manat, iyirmi beş qəpik) məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) 16.05.2024- cü il saat 11:00 tarixində başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olacaq (23.05.2024 -cü il saat 00:00 qədər).
Əlaqələndirici şəxs: Jalə Rüstəmova
Telefon: 055 500 12 95
Elektron ünvan: jala.rustamova@azercotton.com


TENDER KOMİSSİYASI