BİLDİRİŞ

“Azəralüminium” MMC tərəfindən 06.03.2024-cü il tarixində Müxtəlif növ diametrdə (polipropilen) plastik borular, keçidlər və aksesuarların satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda AZ1010, Bakı şəhəri Səbail rayonu, Puşkin, ev 10 ünvanında qeydiyyatda olan “Steel Materials” MMC (VÖEN: 1505760221) qalib elan olunmuş və həmin şirkətlə 61,973.36 AZN məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) 24.04.2024-cü il saat 15:00 tarixində başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olacaq (02.05.2024 -cü il saat 00:00 qədər).
Əlaqələndirici şəxs: Rizvan Əbdürrəhmanov
Telefon: +994502503226
Elektron ünvan: rizvan.abdurrahmanov@azeraluminium.com


TENDER KOMİSSİYASI