"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin idarəetməsində olan "Azərbaycan alüminiumu" ("Azəralüminium") Səhmdar Cəmiyyətinin Gəncə "Gil-Torpaq" və Daşkəsən "Alunit" istehsalat sahələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə borclarının tənzimlənməsi barədə

                                                                                    AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

 

"Azərbaycan alüminiumu" ("Azəralüminium") Səhmdar Cəmiyyətinin borclarının ödənilməsi ilə əlaqədar “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin müraciətini, Cəmiyyətin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi va Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, "Azərbaycan Respublikasının 2022-ci il dövlöt büdcəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 3.5-ci bəndinə əsasən:

1. "Azərbaycan alüminiumu" ("Azaralüminium") Səhmdar Cəmiyyətinin Gəncə "Gil-Torpaq va Daşkəsən "Alunit istehsalat sahələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərinə və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər üzrə 2022-ci il 1 sentyabr tarixə borclarının maliyyələşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.6.4.6-cı "Sosial müdafiə ve digər sosial təminat xərcləri yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərbaycan alüminiumu" ("Azəralüminium") Səhmdar Cəmiyyətinə 449 020 (dörd yüz qırx doqquz min iyirmi) manat məbləğində vəsait ayrılsın.

 2. "Azərbaycan aluminiumu" (Azəralüminium") Səhmdar Cəmiyyəti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsait hesabına aylıq ödənclər üzrə borclarının ödənilməsini təmin etsin;

2.2. aylıq ödənclər istisna olmaqla, Cəmiyyətin Gəncə "Gil-Torpaq ve Daşkəsən "Alunit" istehsalat sahələrinin işçiləri ilə bağlı digər sosial borclarının onlara məxsus və istehsalat sənayesinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışından əldə olunacaq vəsait hesabına ödənilməsini təmin etsin;

 2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin "Azərbaycan alüminiumu" ("Azəralüminium") Səhmdar Cəmiyyətinin bank hesabına köçürülməsini müəyyən olunmuş qaydada təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

                         Əli ƏSƏDOV

      Azərbaycan Respublikasının Baş Naziri

              Bakı şəhəri, 26 dekabr 2022-ci il

                            № 782s