Tenderə dəvət
Fərdi mühafizə vasitələri satın alınması ilə əlaqədar
“Azəralüminium” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 250 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Lepestok tipli respirator | Dairəvi sintetik materiallardan hazırlanır. Adi ağ rəngli tək istifadəlik toz, qaz əleyhinə respiratorlar. 0.50 mm qalınlığından nazik olmayan və əzilməyən. EN 149 FFP1; QOST 12.4.028-76 | ədəd | 90000 | |
2 | İkiqat beşbarmaq fəhlə əlcək | Montaj əlcəyi. İkiqat sadə dəri materialdan olmalıdır. EN ISO 407 | cüt | 14000 | |
3 | Nazik ikiqat beşbarmaq fəhlə əlcək | Adi fəhlə əlcəyi. Tikinti-quraşdırma, qablaşdırma sahələrində istifadə edilir. EN ISO 388:2016 | cüt | 12000 | |
4 | Odadavamlı əlcək | Odadavamlı gön dəri materialdan olmalıdır. Metal ərintisi hissəcikləri dəyə bilən mühitdə istifadə edilir. EN 407 : 2004 | cüt | 7200 | |
5 | Təsərrüfat sabunu | Tərkibi 72 % soda olan 200 qramlıq gigiyenik sabun. QOST 30266-2017 | ədəd | 14400 | |
6 | Mühəndis eynəyi | 300 dərəcə temperaturlu maye sıçrayışlarına davamlı. Şəffaf qoruyucu eynək. Kənarları açıq. EN 170 | ədəd | 500 | |
7 | KN tipli respirator | GB 2626, 03 micron particles, FFP1, EN 149:2001+A1:2009 (FFP2) | ədəd | 10000 | |
8 | Rezin əlcək (boyalı) | Qələvi mühitinə, yağlara, duzlu mühitə, kimyəvi təsirlərə dözümlü olmalıdır. EN ISO 374 | cüt | 100 | |
9 | Tibbi əlcək cütü | Adi 100 ədədlik, yəni 50 cütlük qablaşdırmada olan təkistifadəlik pudralı tibbi əlcək. EN ISO 11193-1:2008 | cüt | 7000 | |
10 | Qoruyucu sipər (odadavamlı) | Metal ərintisi hissəcikləri dəyə bilən mühitdə istifadə edilir. Polikarbonat materialdan, sipərin qalınlığı minimum 3 millimetr düzbucaqlı qövs formasında(aşağısı düz), sipərin uzunluğu minimum 25 santimetr, sipər üçün nəzərdə tutulmuş baş geyiminə taxılmış vəziyyətdə, sipər şəffaf olmalıdır. Üstündə "Taivan" yazısı olan, qalın materialdan hazırlanmış. EN ISO /TC 94/SC 6 ; WP96, 82701-00000 | ədəd | 600 | |
11 | Əl-üz dəsmalı | Sadə əl-üz dəsmalı. ASTM D5433 | ədəd | 20 | |
12 | Dəbilqəli kepka | İçində dəbilqə olan parça kepka. | ədəd | 250 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Elmir Vəliyev, telefon
+994502897433
ve ya
elmir.valiyev@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2024-05-17 saat 15:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2024-05-17
saat 17:00
qədər,
etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2024-05-17 saat 15:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI