Tenderə dəvət

Qrafit qırıntılarının emal məntəqəsinə kürünməsi və texnikanın təyinatına uyğun digər işlərin icrası məqsədilə tutumu 4 kub-metr olan təkərli frontal yükləyicinin icarəsi xidmətinin satın alınması satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 100 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 1 ədəd çalovunun tutumu 4 m3 olan təkərli frontal yükləyicinin icarəsi “Azəralüminium” MMC-nin Gəncə şəhərində yerləşən Gəncə Alüminium Kompleksinin Anod prosesləri zavodunda, qapalı qazlı-tozlu mühitdə istehsal prosesləri nəticəsində yaranmış iri və orta ölçülü qrafit tullantılarının kürünərək daşınması, yük maşınlarına və emal dəyirmanına tökülməsi. Həmçinin texnika müəssisə ərazisində təyinatına uyğun digər zəruri işlərə cəlb ediləcəkdir. Operatorun əmək haqqı, naharı, cari və əsaslı təmir xərcləri, yanacaq, sürtkü materialları, sərf materialları, texnikanın xüsusi evakuasiya təyinatlı nəqliyyat vasitəsinə yüklənərk xidmət yerinə və əksinə daşınması,digər mümkün xərclər icraçının məsuliyyətinə daxildir. Texnikada nasazlıq yarandığı halda 2 saat ərzində “İcraçı” “Sifarişçi”ni başqa anoloji texnika ilə təmin etməlidir. Xidmət qanunvericiliklə təsbit edilmiş iş günlərində, saat 8:00-dan saat 17:00-a qədər həyata keçiriləcək. Saat 12:00-dan 13:00-dək nahar fasiləsidir. Şənbə günləri xidmət saat 12:00-dək davam edəcəkdir. ay 10

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Elmir Vəliyev, telefon +994502897433 ve ya elmir.valiyev@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. digər sənədlər;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-12-21 saat 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-12-29 saat 17:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2024-01-04 saat 11:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI