Tenderə dəvət

İşçilərin xüsusi qış geyimlərinin satın alınması satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Xadimələr üçün ayaqqabı 1)Sadə, parça üzlüklü, ikiqat rezin altlıqlı qadın ayaqqabısı. Qış mövsümünə uyğun Ölçülər üzrə miqdarlar: 36 ölçü : 8 cüt; 37 ölçü : 14 cüt; 38 ölçü : 22 cüt; 39 ölçü : 23 cüt; 40 ölçü : 10 cüt; 41 ölçü : 2 cüt; 42 ölçü : 1 cüt. cüt 80
2 Yağmurluq plaş 1) "D" növ 100 faiz poliyester parçadan yağmurluq plaş; 2) Baş nahiyəsini qoruyan əlavəsi olan; 3) Tünd rəng; 4) Uzunluq: diz büküşünədək 5) Ön hissəsi “cırtlı band” ilə açılıb-bağlana bilən ədəd 40
3 Xadimələr üçün göy xalat 1) Material "Alpaka" parça; 2) Rəng tünd göy; 3) Yaxası ilgəkli plastmas düyməli (minimum 4 ədəd); 4) Sağ və sol yanda, habelə sol sinə nahiyəsində qapaqsız, düyməsiz ciblər; 5) Xalatın uzunluğu: minimum diz büküşü nahiyəsinədək; 6) Bel nahiyəsində kəmərbənd 7) Qolları uzun, hər iki biləkdə 1 metal düyməsi olan kant; 8) Sol sinədə, cibin üzərində olmayan boya-basqılı "Azəralüminium" loqo Ölçülər üzrə miqdarlar: 50 ölçü : 4 ədəd; 52 ölçü : 8 ədəd; 56 ölçü : 8 ədəd; 58 ölçü : 10 ədəd; 60 ölçü : 10 ədəd. ədəd 40
4 Ağ xalat, şalvar və papaq 1) Material: 100 faiz pambıq parça; 2) Rəng: ağ; 3) Yaxası ilgəkli pastmas düyməli (minimum 4 ədəd); 4) Sadə boyunluqlu; 5) Xalatın uzunluğu: minimum diz büküşü nahiyəsinədək; 6) Xalatın sağ və sol yanlarında, Habelə sol sinə nahiyəsində qapaqsız, düyməsiz üstdən tikilmiş cibləər; 7) Xalatın sol sinəsində, cibin üzərində olmayan boya-basqılı "Azəralüminium" loqo 8) Xalatın qolları uzun, hər iki biləkdə 1 metal düyməsi olan kant; 9) Şalvarın ayaqlarının qarşı hissələrində "ütü tikişi" 10) Komplektasiya: Xalat, Şalvar, Papaq Ölçülər üzrə miqdarlar: 44 ölçü : 2 dəst; 48 ölçü : 2 dəst; 50 ölçü : 3 dəst; 52 ölçü : 5 dəst. ədəd 40
5 Sviter (mühəndis-texniki-fəhlə heyəti)qış üçün 1) Material: 2 ipli 100 % pambıq parça 2) Sol sinə nahiyədə üstdən tikilmiş, sepli cib ; 3) Boğazlığı kip olmalı, 4) Sol sinə nahiyəsində boya-basqılı “Azəralüminium” loqo çap edilməli(cibin üzərində deyil, sviterin özündə) 5) Hər iki biləkdə ribana manjet; 6) Bel nahiyə manjetsiz, düz; 7) Rəng seçimi: Pantone 546 8) Standart: EN İSO 11611 və ya analoqu Ölçülər üzrə miqdarlar: 44 ölçü : 90 ədəd; 48 ölçü : 170 ədəd; 50 ölçü : 170 ədəd; 52 ölçü : 270 ədəd; 54 ölçü : 200 ədəd; 56 ölçü : 150 ədəd; 58 ölçü : 150 ədəd; 60 ölçü : 100 ədəd. ədəd 1300

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Elmir Vəliyev, telefon +994502897433 ve ya elmir.valiyev@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. digər sənədlər;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-06-21 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-07-04 saat 17:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-07-05 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI