Tenderə dəvət

Pambıq iplik istehsalı fabrikinin qurulması üzrə bazar araşdırmasının aparılması xidmətinin satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/N Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Sona Əliyeva, telefon +994555001384 ve ya sona.aliyeva@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun o;
  8. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
  9. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat;
  10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
  11. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması barədə sənəd;
  12. Son 10 (on) il ərzində dəyəri 10 (on) milyon ABŞ dollarından çox olan, bazar araşdırmasını özündə əks etdirən tekstil sahəsi üzrə ən az 1 (bir) TİƏ-nin (layihənin adı, icra yeri, büdcəsi, müddəti və digər ümumi məlumatlar daxil olmaqla) hazırlanmasına dair sənəd;
  13. Tekstil sənaye layihələrinin hazırlanmasında və/və ya bazar araşdırmasının aparılmasında ən az 10 (on) il təcrübəyə malik olan layihə rəhbərinin tərcümeyi-halı;
  14. Bazar araşdırmasının aparılmasına cəlb olunacaq ekspertlərin layihədə görəcəyi işlər üzrə ən az 7 (yeddi) il və onun ən az 2 (iki) ilinin tekstil sahəsi üzrə iş təcrübəsinə sahib olmasını əks etdirən tərcümeyi-halı;
  15. İşin icra metodologiyası, iş bölgüsü və qrafiki haqqında ətraflı məlumatı əks etdirən sənəd;
  16. Ən az 10 (on) il biznes üzrə məsləhət xidməti göstərən şirkət olmasını təsdiq edən sənəd;
  17. Beynəlxalq səviyyədə fəaliyyət göstərən və tanınan şirkət olmasını təsdiq edən sənəd;
  18. İddiaçı tərəfindən layihəyə digər bir şirkət cəlb olunduğu təqdirdə həmin şirkət ilə aralarında hər hansı bir razılaşma və ya bağlılığın olmasını təsdiq edən sənəd əlavə edilməlidir;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-06-07 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-06-16 saat 17:00 qədər, AZ1065 Bakı şəhəri, Yasamal r-nu,Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-06-19 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI