Tenderə dəvət

ÜZLÜK XROM VƏ ASTARLIQ DƏRİ satın alınması ilə əlaqədar

“ASK Ayaqqabı Fabriki” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 200 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Üzlük xrom dəri QOST 28422-89 qalınlıq 2,0-2,2 mm dm2 4 895 900
2 Üzlük xrom dəri QOST 28422-89 qalınlıq 1,5-1,7 mm dm2 258030
3 Üzlük xrom dəri QOST 28422-89 hamar, qalınlıq 1,5-1,6 dm2 58680
4 Astarlıq dəri QOST 28422-89 keçi, şevro 08-1,0 mm dm2 358020

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Əliyev Ramin, telefon +994124121626 ve ya ramin.eliyev.ask@gmail.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. - Dövlət satınalmaları haqqında “AR Qanunun 36.9-cu maddəsinə əsasən 20%-ə qədər güzəşt tətbiq edild;
  8. - İddiaçının mikro,kiçik,orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat ( AR Dövlət Statistika Komitəsindən arayış);

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-02-04 saat 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-02-12 saat 17:00 qədər, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-02-15 saat 15:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI