Tenderə dəvət

ABŞ, Avropa portlarına (145 konteyner) Poti /Batumi portları vasitəsi ilə alüminium külçə və alüminium təbəqə yükünün 20 və 40 futluq konteynerlərdə Gəncədən daşımasının satın alınmasına dair satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 600 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Ganja -Nyu York portu marşrutu ilə alüminium məhsulların 20 futluq konteynerdə daşınması xidməti. 20 futluq konteyner ədəd 15
2 Ganja-Nyu York portu marşrutu ilə alüminium məhsulların 40 futluq konteynerdə daşınması xidməti. 40 futluq konteyner ədəd 15
3 Ganja-Baltimor portu marşrutu ilə alüminium məhsulların 20 futluq konteynerdə daşınması xidməti. 20 futluq konteyner ədəd 20
4 Ganja-Baltimor portu marşrutu ilə alüminium məhsulların 40 futluq konteynerdə daşınması xidməti. 40 futluq konteyner ədəd 15
5 Ganja-Long Beach portu portu marşrutu ilə alüminium məhsulların 20 futluq konteynerdə daşınması xidməti. 20 futluq konteyner ədəd 20
6 Ganja-Jacksonville portu marşrutu ilə alüminium məhsulların 20 futluq konteynerdə daşınması xidməti. 20 futluq konteyner ədəd 15
7 Ganja-La Spezia portu marşrutu ilə alüminium məhsulların 20 futluq konteynerdə daşınması xidməti. 20 futluq konteyner ədəd 15
8 Ganja-Trieste portu portu marşrutu ilə alüminium məhsulların 20 futluq konteynerdə daşınması xidməti. 20 futluq konteyner ədəd 15
9 Ganja-Vinesia portu marşrutu ilə alüminium məhsulların 20 futluq konteynerdə daşınması xidməti. 20 futluq konteyner ədəd 15

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Seymur Cəfərov, telefon +994502502756 ve ya seymur.jafarov@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. Şərtlər toplusunda tələb olunan başqa sənədlər;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-03-10 saat 09:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-03-27 saat 17:00 qədər, https://etender.gov.az/ ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-03-28 saat 15:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI