Tenderə dəvət

Poti - Gəncə marşrutu üzrə 20 futluq konteynerlərdə bişirilmiş anod blokları yükünün 1150 konteynerdə, mal-metirialların 100 konteynerdə və 40 futluq konteynerlərdə mal-materialın 50 konteynerdə dəmir yolu ilə daşıması xidmətinin satınalması ( 12 aylıq həcm ) dair satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 1000 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 30000 ton anod bloklarının və 2600 ton başqa mal materialın 20 futluq konteynerlərdə Gürcüstanın Poti dəniz limanında (CİF təslim şərti) Gəncə istehsal kompleksinə daşıması./ Anod -2 ədədlik bağlama 1880 kq olçüsü -Eni 660 mm-Hündürlüyü 1250 mm-Uzunluğu 1550 mm. 20 futluq konteynerə yükləmə ~26 ton / ədəd 1250
2 30000 ton anod bloklarını gətirmiş və 2600 ton mal materialı 20 futluq konteynerlərin boş konteynerlərinin Gəncə istehsal kompleksindən - Gürcüstanın Poti dəniz limanında daşıması və təhvili. / 20 futluq konteyner ədəd 1250
3 1300 ton başqa mal materialın 40 futluq konteynerlərdə Gürcüstanın Poti dəniz limanında (CİF təslim şərti) Gəncə istehsal kompleksinə daşıması. 40 futluq konteynerə yükləmə ~26 ton / ədəd 50
4 1300 ton mal materialı 40 futluq konteynerlərin boş konteynerlərinin Gəncə istehsal kompleksindən - Gürcüstanın Poti dəniz limanında daşıması və təhvili. 20 futluq konteyner ədəd 50

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Seymur Cəfərov, telefon +994502502756 ve ya seymur.jafarov@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. Şərtlər toplusunda tələb olunan başqa sənədlər;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-03-07 saat 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-03-16 saat 17:00 qədər, https://etender.gov.az/ ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-03-17 saat 15:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI