Tenderə dəvət

Müəssisə ərazisində konteyner meydançasının və meydançaya aparan daxili avtomobil yollarının planlanması, kipləşdirmə, hamarlama və kürümə işləri üçün müxtəlif xüsusi texnikaların icarəsi xidmətinin satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 150 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Bir ədəd Buldozer tipli tırtıllı traktor icarəsi. 13 metr eni, 730 metr uzunluğu olan 9490 m2 yol yatağının vertikal planirovkası; Mövcud dəmir yolu səviyyəsindən(relsin üst səviyyəsi)- 0,3 metr səviyyədə sahənin Buldozerlə üfüqü hamarlanması üçün tırtıllı Buldozer icarəsi. Rəsmi istehsalat təqviminə əsasən, iş günlərində icarəyə götürülür, hər iş günü 8 saat işləyir, iş vaxtı 08:00-dan 17:00-dək təşkil edir. 12:00-13:00 nahar vaxtıdır. Yanacaq və sürtkü materialları xərcləri, operator, nahar, cari təmir, texnikanın əraziyə daşınması və geri qaytarılması, meydana çıxacaq nasazlığın aradan qaldırılması, nasazlıq aradan qalxanadək başqa texnikanın işə cəlb edilməsi qiymətə daxildir. gün 40
2 Bir ədəd Qreyder tipli xususi texnikanın icarəsi ( itələyici çalov uzubluğu minimum 2,53 m). 260X52=13520 m2 hazırlanmış sahəyə 5-20 fraksiyalı qum-çınqıl daşımaqla 10sm qalınlığında yayılması və mexaniki üsulla 98%-ə qədər kipləşdirilməsi üçün qrunt torpağın ərazidə hamarlanması. 13 metr eni, 730 metr uzunluğu olan 9490 m2 yol sahəsində 100 mm qalınlığında 5-40 mm fraksiyalı qum-çınqılla yol özülünün hazırlanması və 98% qədər kipləşdirilməsi üçün hamarlanması üçün qreyder icarəsi. Rəsmi istehsalat təqviminə əsasən, iş günlərində icarəyə götürülür, hər iş günü 8 saat işləyir, iş vaxtı 08:00-dan 17:00-dək təşkil edir. 12:00-13:00 nahar vaxtıdır. Yanacaq və sürtkü materialları xərcləri, operator, nahar, cari təmir, texnikanın əraziyə daşınması və geri qaytarılması, meydana çıxacaq nasazlığın aradan qaldırılması, nasazlıq aradan qalxanadək başqa texnikanın işə cəlb edilməsi qiymətə daxildir. gün 15
3 Bir ədəd Yol basan tipli xususi texnikanın icarəsi ( Ön silindr diametri 2,10 m , vibrasiya rejimi olan ). 260X52=13520 m2 hazırlanmış sahəyə 5-20 fraksiyalı qum-çınqıl daşımaqla 10sm qalınlığında yayılması və mexaniki üsulla 98%-ə qədər kipləşdirilməsi; 13 metr eni, 730 metr uzunluğu olan 9490 m2 yol sahəsində 100 mm qalınlığında 5-40 mm fraksiyalı qum-çınqılla yol özülünün hazırlanması və 98% qədər kipləşdirilməsi; 10 metr eni, 230 metr uzunluğu olan 9490 m2 yol sahəsində 100 mm qalınlığında 5-40 mm fraksiyalı qum-çınqılla yol özülünün hazırlanması və 98% qədər kipləşdirilməsi. Rəsmi istehsalat təqviminə əsasən, iş günlərində icarəyə götürülür, hər iş günü 8 saat işləyir, iş vaxtı 08:00-dan 17:00-dək təşkil edir. 12:00-13:00 nahar vaxtıdır. Yanacaq və sürtkü materialları xərcləri, operator, nahar, cari təmir, texnikanın əraziyə daşınması və geri qaytarılması, meydana çıxacaq nasazlığın aradan qaldırılması, nasazlıq aradan qalxanadək başqa texnikanın işə cəlb edilməsi qiymətə daxildir. gün 15
4 İki ədəd 16 m3 tutumlu özüboşaldan yük maşını icarəsi. Planirovka olunacaq əraziyə qum-çınqılın daşınması; 150x 11x 4,2=6930m3 qruntun Ekskavatorla qazılması və 200 metr kənara daşınması; 260X52=13520 m2 sahəyə 5-20 fraksiyalı qum-çınqıl daşı daşınması; 260x52x2=27040m3 qrunt torpağı kütləsinin ərazidən 200 metr kənara daşınması üçün 2 ədəd özüboşaldan yük maşını icarəsi. Rəsmi istehsalat təqviminə əsasən, iş günlərində icarəyə götürülür, hər iş günü 8 saat işləyir, iş vaxtı 08:00-dan 17:00-dək təşkil edir. 12:00-13:00 nahar vaxtıdır. Yanacaq və sürtkü materialları xərcləri, operator, nahar, cari təmir, texnikanın əraziyə daşınması və geri qaytarılması, meydana çıxacaq nasazlığın aradan qaldırılması, nasazlıq aradan qalxanadək başqa texnikanın işə cəlb edilməsi qiymətə daxildir. gün 40
5 Bir ədəd səkkiz ton həcmli su daşıyan maşın icarəsi. Ərazidə həyata keçiriləcək işlərin lazımi su təminatı üçün su daşıyan texnika icarəsi gün 10
6 Bir ədəd çalovu bir m3 həcmli qazıcı-yükləyici icarəsi. 10 metr eni, 230 metr uzunluğu olan 9490 m2 yol sahəsində 100 mm qalınlığında 5-40 mm fraksiyalı qum-çınqılla yol özülünün hazırlanması və 98% qədər kipləşdirilməsi zamanı qazma və kürümə işləri; 150x 11=1650m2 ölçüdə sahənin 100 mm qalınlığında 5-40 mm fraksiyalı qum-çınqılla yol özülünün hazırlanması və 98% qədər kipləşdirilməsi zamanı qazma və kürümə işləri; 150x 11x 4,2=6930m3 qruntun Ekskavatorla qazılması; 13 metr eni, 730 metr uzunluğu olan 9490 m2 yol yatağının 100 mm qalınlığında 5-40 mm fraksiyalı qum-çınqılla yol özülünün hazırlanması və 98% qədərkipləşdirilməsi zamanı qazma və kürümə işləri; 260X52=13520 m2 sahəyə 5-20 fraksiyalı qum-çınqıl daşımaqla 10sm qalınlığında yayılması və mexaniki üsulla 98%-ə qədər kipləşdirilməsi zamanı qazma və kürümə işləri; 260x52x2=27040m3 qrunt torpağı kütləsinin knara daşınması üçün qazılması üçün ekskovator icarəsi gün 40
7 1 ədəd platformasının uzunluğu 9 metr olan konteyner daşıyan yük maşının icarəsi Platforma tipli yük maşınlarının iştirakı ilə müəssisə daxilində yüklə dolu 20 futluq konteynerlərin yerdəyişməsi. Operatorun əmək haqqı, cari və əsaslı təmir xərcləri, yanacaq, sürtkü materialları, sərf materialları, digər mümkün xərclər icraçının məsuliyyətinə daxildir. Günlər ardıcıl olaraq deyil, ayda 15-25 gün iş icra ediləcəkdir. gün 50

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Elmir Vəliyev, telefon +994502897433 ve ya elmir.valiyev@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-02-20 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-02-28 saat 17:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-03-01 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI