Tenderə dəvət

Traktorların və müxtəlif təyinatlı texnikaların yüksək təzyiqli yanacaq nasoslarının (YTYN) təmiri xidmətinin satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Motorpal PP6M10P1F3492 modelli nasosların forsunkalar ilə əsaslı təmiri Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 40
2 Motorpal PP6M10P1F3492 modelli nasoslarının forsunkalar ilə nizamlanması Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 17
3 NZTA,4УТНИ Т-1111007 nasosların, forsunkalar ilə əsaslı təmiri Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 189
4 NZTA, 4УТНИ Т-1111007 nasosun forsunkalar ilə tənzimlənməsi Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 81
5 Bosch 965 03325,0 402 076 819, PES6P120A720RS3352 nasosların forsunkalar ilə əsaslı təmiri Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 4
6 Bosch 965 03325,0 402 076 819, PES6P120A720RS3352 nasosların forsunkalar ilə nizamlanması Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 2
7 Denso modelli kataloq №RE507959 nasosun və kataloq №RE519730 injektorların təmiri İnjektorlar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 19
8 Yavuz motor 01502010 nasos və forsunkaların əsaslı təmiri Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 8
9 Yavuz motor 01502010 nasos və forsunkaların nizamlanması Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 4
10 F002 AOZ787 nasos və forsunkaların əsaslı təmiri Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 3
11 002 AOZ787nasos və forsunkaların nizamlanması Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 1
12 YAZDA 337.1111005 nasosları. Nasos və forsunkaların əsaslı təmiri Forsunkalar 1(bir) mühərrik üçün dəst nəzərdə tutulur dəst 3

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Samir Rüstəmov, telefon +994555001790 ve ya samir.rustamov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. Sahibkarlıq subyektinin bölgüsü;
  8. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
  10. Satınalma predmetinin icrası həyata keçirilən zaman istifadə ediləcək ehtiyat hissələr, materiallar barədə məlumatı əks etdirən və eyni zamanda sözügedən malların orijinal olduğunu sübut edən sənəd/sertifikat;
  11. İddiaçı tərəfindən həyata keçirilən xidmətlərə və görülən işlərə dair 3 (üç) aylıq zəmanətin verildiyini təsdiq edən sənəd;
  12. İddiaçı tərəfindən NZTA, YAZDA, Motorpal, Denso, Bosh istehsallı cərgəli yüksək təzyiqli yanacaq nasoslarının, eyni zamanda Bosh və Denso istehsallı Kommon Rail sistemli yüksək təzyiqli yanacaq forsunkarının və nasoslarının təmirini təmin edən stendlərlə təminatını sübut edən sənəd;
  13. İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar ƏŞT-dəki cədvələ uyğun verməlidir;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-01-25 saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-02-02 saat 17:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-02-03 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI