Tenderə dəvət

Ağır atletika üçün tələb olunan inventarların və avadanlıqların satın alınması satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Məşq körpücüyü 300x300 sm 7 ədəd
2 Məşq körpücüyü 300x250 sm 6 ədəd
3 Ştanq (kişi üçün) 190 kg 13 dəst
4 Ştanq oxu (qadın üçün) 15 7 ədəd
5 Ştanq oxu üçün kilid (qadın üçün) 2.5 kq 7 cüt
6 Ştanq oxu (uşaq üçün) 10 kq 5 ədəd
7 Ştanq oxu üçün kilid (uşaq üçün) 170 qr 5 cüt
8 Ştanq oxu üçün balon disklər (uşaq üçün) 2.5 kq 8 ədəd
9 Ştanq oxu üçün balon disklər (uşaq üçün) 5 kq 8 ədəd
10 Tərəzi №200 3 ədəd
11 Gimnastika oturacaqları Gimnastika oturacaqları 5 ədəd
12 Gimnastika divar nərdivanı Gimnastika divar nərdivanı 5 ədəd
13 Masaj stolu Masaj stolu 3 ədəd
14 Saniyəölçən Saniyəölçən 4 ədəd
15 Turnik Sərbəst dayaqlı body solid 2 ədəd
16 Gimnastika keçisi Gimnastika keçisi 3 ədəd
17 Tatami döşəkləri 200x100x4 sm 12 ədəd
18 Tibbi toplar Medisinbol – 1kq,2kq,3kq,4kq,5kq 2 dəst
19 Trenajor Qarın əzələlərinin inkişafı üçün 2 ədəd
20 Trenajor Bel əzələlərinin inkişafı üçün 2 ədəd
21 Malların rayona çatdırılması və quraşdırılması Xidmət 1 ədəd

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Samir Rüstəmov, telefon +994555001790 ve ya samir.rustamov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. Sahibkarlıq subyektinin bölgüsü;
  8. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
  10. Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd;
  11. İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumat;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-01-09 saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-01-17 saat 17:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-01-18 saat 12:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI