Tenderə dəvət

6 ədəd sedan və 3 ədəd ofroder tipli minik avtomobili satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 450 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Mühərrikin həcmi 1550-1600 cc olan sedan tipli minik avtomobili Mühərrikin həcmi 1550-1600 cc , Klirens 150-160 mm , mühərrikin maksimal güc 120-150 at/g , ön sürücü və sərnişin təhlükəsizlik yastıqları , ABS ,VSC , HAC , Immobilizer , kondinsioner , elektriklə tənzimlənən 4 şüşəqaldırıcılar , Ekoloji Standart Avro 5 , Təkər-disk ölçüləri195/65R15 , halogen tipli ön faralar , LED tipli gündüz işıqları , rəsmi servisdən zəmanət müddəti: 10 il və yaxud 160 000 km , Ral: qara . ədəd 4
2 Mühərrikin həcmi 1600-1800 cc olan sedan tipli minik avtomobili Mühərrikin həcmi 1600-1800 cc , Klirens 150-160 mm , mühərrikin maksimal güc 120-150 at/g , Transmissiya -Hybrid, Açarsız işə salma düyməsi, ön sürücü və sərnişin təhlükəsizlik yastıqları , ABS ,VSC , HAC , Immobilizer , kondinsioner , elektriklə tənzimlənən 4 şüşəqaldırıcılar, gündüz hərəkət işıqları(DRL) , Ekoloji Standart Avro 5 , arxa görüntülü kamera , Təkər-disk ölçüləri195/65R15 , halogen tipli ön faralar , LED tipli gündüz işıqları , LED tipli ön duman əleyhinə faralar , rəsmi servisdən zəmanət müddəti: 10 il və yaxud 160 000 km , Ral: qara . ədəd 2
3 Mühərrik 2400 - 3000 cc olan ofroder tipli minik avtomobili Mühərrik 2400 - 3000 cc, mühərrikin maksimal güc 200-250 h/p, Klirens 180-200 mm , Transmissiya -Hybrid, Star stop , ,ABS + VSC , ön sürücü və sərnişinlər üçün təhlükəsizlik yastıqları , ABS ,VSC , HAC , Immobilizer , kondinsioner , qızdırılan ön oturacaqlar, açarsız işə salma düyməsi, elektriklə tənzimlənən 4 şüşəqaldırıcılar, yan güzgülərdə dönmə işıqları, LED tipli ön faralar və ön fara təmizləyicilər , ön faraların səviyyə tənzimləyicisi , LED tipli Gündüz işıqları , Ön və arxa duman əleyhinə faralar , Ekoloji Standart Avro 5 ,Arxa park sensorları , arxa görünüş kamerası, rəsmi servisdən zəmanət müddəti: 10 il və yaxud 160 000 km, Ral: qara . ədəd 2
4 Mühərrik həcmi 3900 – 4000 cc olan ofroder tipli minik avtomobili Mühərrik həcmi 3900 – 4000 cc, Mühərrikin maksimal gücü 270-290 at/g , Klirens 235 mm, kondinsioner , qızdırılan ön oturacaqlar, açarsız işə salma düyməsi, elektriklə tənzimlənən 4 şüşəqaldırıcılar, yan güzgülərdə dönmə işıqları, LED ön işıqlar , oturacaq qızdırıcısı , ön fara təmizləyicisi, Ön duman işıqları, DRL- Gündüz işıqları , 10 il və yaxud 160 000 km , Ral: boz . ədəd 1

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Elmir Vəliyev, telefon +994502897433 ve ya elmir.valiyev@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. digər sənədlər;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-12-13 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-12-21 saat 17:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-12-22 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI