Tenderə dəvət
Metal lövhə üzərində iz buraxmadan buxarlanan və sürüşkənliyi təmin edən maye D-40 satın alınması ilə əlaqədar
“Azəralüminium” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 350 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Metal lövhə üzərində iz buraxmadan buxarlanan və sürüşkənliyi təmin edən maye D-40 | • Anilin nöqtəsi (ASTM D 611): 67°C • Aromatik tərkibi (UV Wt%): <1 • Rəng (ASTM D 156/ASTMD6045): 30 • İlkin qaynama nöqtəsi (ASTM D86): 150°C Quruma nöqtəsi(ASTM D86 ): 210°C • Alışma nöqtəsi (ASTM D 56): 44°C • Xüsusi çəkisi (ASTM D 4052) 15.6°C/15.6°C: 0.762-0.800) Məhsul 200L həcmli çəlləklərdə və ya 1t həcmli İBC çənlərdə qabalşadırılmalıdır. | ton | 30 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Həsənov Həsən, telefon
+994222670540
ve ya
hasan.hasanov@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmamas;
- İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
- Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması barədə sənəd (İmza səlahiyyəti olan şəxsin təyin edilmə əmri və şəxsiyyət vəsiqəsi;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2022-12-06 saat 14:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-12-14
saat 14:00
qədər,
www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-12-15 saat 14:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI