Tenderə dəvət

Dizel yanacağının “Azneft” İB Bakı Neft Bazasından “Azərpambıq ASK” MMC-nin bölgələrdəki zavod və məntəqələrinə daşınması xidmətinin satın alınması satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Dizel yanacağının daşınması Şirvan rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 30000
2 Dizel yanacağının daşınması Sabirabad rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 375000
3 Dizel yanacağının daşınması Saatlı rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 375000
4 Dizel yanacağının daşınması İmişli rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 190000
5 Dizel yanacağının daşınması Beyləqan rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 435000
6 Dizel yanacağının daşınması Salyan rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 134000
7 Dizel yanacağının daşınması Biləsuvar rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 455000
8 Dizel yanacağının daşınması Goranboy rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 143000
9 Dizel yanacağının daşınması Bərdə rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 480000
10 Dizel yanacağının daşınması Ucar rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 18000
11 Dizel yanacağının daşınması Tərtər rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 170000
12 Dizel yanacağının daşınması Ağdam rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 126000
13 Dizel yanacağının daşınması Ağcabədi rayonu ərazisindəki məntəqəyə daşınılacaq litr 480000

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Samir Rüstəmov, telefon +994555001790 ve ya samir.rustamov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
  8. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
  9. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
  10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
  11. Şirkətin “Azneft” İB Bakı Neft Bazasının ərazisindən dizel yanacağını daşıya bilməsini təsdiq edən sənəd;
  12. Dizel yanacağının daşınması ilə bağlı xüsusi icazənin/lisenziyanın olduğunu və daşınma marşrutlarının əks olunduğu sənəd;
  13. Avtonəqliyyat vasitəsi tərəfindən təhlükəli yüklərin daşınmasına icazənin verilməsi ilə bağlı təsdiqedici sənəd;
  14. Sürücülərin təhlükəli yüklərin daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edə bilməsini təsdiq edən şəhadətnamələr;
  15. İddiaçının maddi-texniki bazası haqqında məlumat;
  16. Daşınma zamanı istidadə ediləcək avtonəqliyyat vasitələrinin texniki baxışdan keçməsini özündə əks etdirən sənəd;
  17. İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-11-01 saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-11-11 saat 17:00 qədər, etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-11-14 saat 12:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI