Tenderə dəvət

“ASK Plaza”, “ASK Villa” və “ASK Arena” inzibati binalarının isitmə-soyutma və havalandırma sistemlərinə göstəriləcək illik texniki xidmətlərin satın alınması ilə əlaqədar

“ASK” ASC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 "ASK Plaza" inzibati binası ƏŞT-nin 2-ci bölməsində qeyd edilmişdir. il 1
2 "ASK Villa" inzibati binası ƏŞT-nin 2-ci bölməsində qeyd edilmişdir. il 1
3 "ASK Arena" inzibati binası ƏŞT-nin 2-ci bölməsində qeyd edilmişdir. il 1

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Səlimə İskəndərova, telefon +994772771106 ve ya salima.iskandarova@ask.gov.az) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun;
  8. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
  9. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat;
  10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
  11. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması barədə sənəd;
  12. İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-08-24 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-09-01 saat 17:00 qədər, Satınalmaların Vahid İnternet Portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-09-02 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI