Tenderə dəvət
2022-ci il pambıq mövsümündə tədarük ediləcək xam pambığın emalından alınacaq lifli məhsulların preslənib qablaşdırılması üçün kip şal dəstinin satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 600 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Başlıqlı şal dəsti (1m2=0.130kq) | Malın adı: Şal dəsti (başlıqlı) Material: Pambıq 1 kipə istifadə olunan xam mal çəkisi: 500 (±5) qr 1ədəd şal = 1,85m*1,1m = 2,035m2 1ədəd yastıq = 1,1m*0,75m =0,825m2 1cüt başlıq = 0,75m*0,65m=0,975m2 | dəst | 28000 | |
2 | Başlıqsız şal dəsti (1m2=0.132kq) | Malın adı: Şal dəsti (başlıqlı) Material: Pambıq 1 kipə istifadə olunan xam mal çəkisi: 372 (±5) qr 1ədəd şal = 1,85m*1,1m = 2,035m2 1ədəd yastıq = 1,1m*0,75m =0,825m2 | dəst | 10000 | |
3 | 1 hissədən ibarət kisə şəklində olan şal (tulum) yastıqla birgə | Malın adı: 1 hissədən ibarət kisə şəklindəc olan şal (tulum) Ölçü: 1.1m x 1.64m 1 kipə istifadə olunur: 1 ədəd 1 şal dəstinin çəkisi: 620 (±5) qr 1ədəd yastıq = 1,1m*0,75m =0,825m2 (bez parça) | ədəd | 180000 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon
+994555001295
ve ya
jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2022-06-10 saat 12:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-06-21
saat 16:00
qədər,
etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-06-22 saat 12:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI