Tenderə dəvət

Cəmiyyətin balansında olan müxtəlif modelli avtokarlar üçün texniki qulluq və cari təmir xidmətlərinin satın alınması satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Avtokarların təmir xidməti HELI CPCD18 Bərdə filialı ədəd 1
2 Avtokarların təmir xidməti HELI CPCD25 Ağcabədi ədəd 1
3 Avtokarların təmir xidməti HELI CPCD18 Ağcabədi Filialı Şirvan ədəd 1
4 Avtokarların təmir xidməti HELI CPCD25 Saatlı ədəd 1
5 Avtokarların təmir xidməti TOYOTA FD15 Saatlı (Ağcabədi) ədəd 1
6 Avtokarların təmir xidməti NISSAN SD25 Ucar (Beyləqan) ədəd 1
7 Avtokarların təmir xidməti Wecan 2.5 Beyləqan ədəd 1
8 Avtokarların təmir xidməti TOYOTA FD15 Beyləqan ədəd 1
9 Avtokarların təmir xidməti DALİAN CPCD35 - İSUZU 4JG2 Saatlı (Beyləqan) ədəd 1
10 Avtokarların təmir xidməti Wecan 25 Biləsuvar ədəd 1
11 Avtokarların təmir xidməti Rekord-1 Balkancar DV1792 Biləsuvar ədəd 1
12 Avtokarların təmir xidməti Wecan 25 Şirvan (Ucar) ədəd 1
13 Avtokarların təmir xidməti TOYOTA FD15 Şirvan ədəd 1

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Samir Rüstəmov, telefon +994555001790 ve ya samir.rustamov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
  8. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;;
  9. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;;
  10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;;
  11. Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası haqqında məlumat;;
  12. Texniki servis mərkəzində işləyən mütəxəsislərin avtokar təmirinə hüququ olan təsdiq edilmiş sertifikatların surəti;;
  13. İddiaçının texniki servis mərkəzinin texniki qulluq və cari təmir işlərində istifadə olunan ehtiyat hissələri və materiallar ilə təminatı barədə arayış;;
  14. İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-06-02 saat 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-06-10 saat 15:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-06-13 saat 15:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI