Tenderə dəvət

Müxtəlif ölçüdə və miqdarda qara və paslanmaz metalların (armatur, ikitavr, təbəqə və künclüklərin) satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Armatur çubuğu F8 A2 Ton 0.515
2 Armatur F=12 mm Ton 1.91
3 Armatur F=14 mm Ton 4.95
4 Polad 3 təbəqə, b=6 mm Ton 4.5
5 Polad təbəqə b=10 mm Ton 1
6 Polad təbəqə b=12 mm Ton 3.5
7 Polad təbəqə b=14mm pol.3 DÜİST19903-74 Ton 2
8 Polad ikitavr №12a DÜİST 8240-88 Ton 0.46
9 Polad künclük L50x50x5 DÜİST 8509-88 Ton 1.61
10 Paslanmayan poladdan perforasiya edilmiş təbəqə Rv 3,0-5,0 2,0x1250x3000 сталь 08/12X18H10T-AİSİ 304/321 TУ 1812-001-50336739-2008, ГОСТ 5582 ədəd 6
11 Yanmış məftil F=2 mm DÜİST 3282-74 Kq 30
12 Polad boru Du=50X3 mm DÜİST 3262-75 m 1100
13 Sinklənmiş polad tor b=3mm,50x50mm DÜST 5336-80 m2 2400
14 Sinklənmiş polad məftil F=3 mm DÜİST 3282-74 Ton 0.2
15 Tunc dairə ø120 mm, DÜİST1628-78, Бр.АЖ9-4 DÜİST18175-78 Kq 55

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Tuqay Həmidli, telefon +994502502787 ve ya tugay.hamidli@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-05-24 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-06-02 saat 18:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-06-03 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI