Tenderə dəvət

Fərdi mühafizə vasitələri satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Dəbilqə 500 ədəd göy rəngli, 200 ədəd ağ rəngli dəbilqə. EN 397 ədəd 700
2 Kip qoruyucu eynək 300 dərəcə maye sıçrayışlarına davamlı. Şəffaf qoruyucu eynək. Kənarları kip qapalı. TS5560 ; EN166 ədəd 500
3 Lepestok tipli respirator Dairəvi sintetik materiallardan hazırlanır. Adi ağ rəngli tək istifadəlik toz, qaz əleyhinə respiratorlar. EN 149 FFP1; ГОСТ 12.4.028-76 ədəd 130000
4 Elektrik, qaz qaynaqçısı üçün maska Ultrabənövşəyi şuaların və qaynaq zamanı metal sıçrayışlarının qabağını almaq üçün adi qaynaqçı maskası. EN 175; ГОСТ 12.4.254-2013 ədəd 40
5 Dielektrik xalça 1000 V yuxarı 100 x 100 Əməkdaşları 1000 volta qədər gərginlikdən qoruyan, rezin materialdan xalça. ГОСТ 4997 75 ədəd 100
6 Səs məhdudlaşdırıcı qulaqcıqla təchiz olunmuş dəbilqə Səs-küyü 50% məhdudlaşdıra bilən qulaqcıq-dəbilqə ilə birlikdə. EN 352-3:2002 ədəd 40
7 Mühəndis eynəyi 300 dərəcə temperaturlu maye sıçrayışlarına davamlı. Şəffaf qoruyucu eynək. Kənarları açıq. EN 170 ədəd 1000
8 Tibbi maska Tək istifadəlik 3 qatlı, burun hissəsi içəridən metal bərkidicili, iki qulağa bərkidilən hər birinin uzunluğu minimum 16.5 santimetr uzunluğunda rezinləri olan, tibbi maska. EN 14683:2019 ədəd 50000
9 Respirator 3M 7500 tipli -3M 6000tipli-3M 3000tipli -3-dən biri İkiqat kömürlü filtrlərlə təchiz edilmiş respirator. Tozlu-qazlı mühitdə istifadə olunur. OSHA 29 CFR 1910.134 ədəd 200
10 Rezin əlcək (boyalı) Qələvi mühitinə, yağlara, duzlu mühitə, kimyəvi təsirlərə dözümlü olmalıdır. EN ISO 374 cüt 500
11 Tibbi əlcək cütü Adi 100 ədədlik, yəni 50 cütlük qablaşdırmada olan təkistifadəlik pudralı tibbi əlcək. EN ISO 11193-1:2008 cüt 12300
12 Qoruyucu sipər (odadavamlı) Metal ərintisi hissəcikləri dəyə bilən mühitdə istifadə edilir. Polikarbonat materialdan, sipərin qalınlığı minimum 3 millimetr düzbucaqlı qövs formasında(aşağısı düz), sipərin uzunluğu minimum 25 santimetr, sipər üçün nəzərdə tutulmuş baş geyiminə taxılmış vəziyyətdə, sipər şəffaf olmalıdır. EN ISO /TC 94/SC 6 ; WP96, 82701-00000 ədəd 1084
13 İkiqat beşbarmaq fəhlə əlcək İkiqat sadə dəri materialdan olmalıdır. EN ISO 407 cüt 13000
14 Qara uzun rezin əlcək Qələvi və turşu mühitinə uyğun olmalıdır. Dirsəyə qədər olan. EN ISO 374 cüt 100
15 Nazik ikiqat beşbarmaq fəhlə əlcək Adi fəhlə əlcəyi. Tikinti-quraşdırma, qablaşdırma sahələrində istifadə edilir. EN ISO 388:2016 cüt 10000
16 Əl-üz dəsmalı Sadə əl-üz dəsmalı. ASTM D5433 ədəd 10
17 Odadavamlı əlcək Odadavamlı gön dəri materialdan olmalıdır. Metal ərintisi hissəcikləri dəyə bilən mühitdə istifadə edilir. EN ISO 407 cüt 5000
18 Təsərrüfat sabunu Tərkibi 72 % soda olan 400 qramlıq gigiyenik sabun. ГОСТ 30266-2017 ədəd 12000
19 Dəbilqəli kepka İçində dəbilqə olan parça kepka. ədəd 250

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Elmir Vəliyev, telefon +994502897433 ve ya elmir.valiyev@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. Digər sənədlər;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-04-22 saat 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-05-04 saat 18:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-05-05 saat 11:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI