Tenderə dəvət

TLX nəqledici (transportyor) və PL qidalandırıcı qurğuları üçün ötürücü lentlərin satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 PL qidalandırıcı (ХПП-III) qurğular üçün ötürücü lentlər (1400x5 mm) Avadanlığın adı: Xam pambıq qidalandırıcısı (ХПП III) Ehtiyat hissənin adı: Lent Lentin uzunluğu: 18000 mm Lentin eni: 1400 mm Lentin qalınlığı: 5 mm Tərkib: Poliamid Lentin kapron ipli layların sayı: 3 ədəd t istismar aralığı: -45-+60C Tərkib: Poliamid Lentin qırılma yükü: 600 N/mm Normativ sənəd: ГОСТ 20-85 m 474
2 TLX nəqledici (transportyor) (КЛП650) qurğular üçün ötürücü lentlər (650x5 mm) Avadanlığın adı: Xam pambıq nəqledicisi (КЛП 650) Ehtiyat hissənin adı: Lent Lentin uzunluğu: 37000 mm Lentin eni: 650 mm Lentin qalınlığı: 5 mm Lentin kapron ipli layların sayı: 3 ədəd t istismar aralığı: -45-+60C Tərkib: Poliamid Lentin qırılma yükü: 600 N/mm Normativ sənəd: ГОСТ 20-85 m 848

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon +994555001295 ve ya jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-04-20 saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-04-28 saat 16:00 qədər, etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-04-29 saat 12:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI