Tenderə dəvət
Dəri barabanın satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 250 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Dəri baraban | Avadanlığın adı: Çır-çır emal avadanlığı Ehtiyat hissənin adı: Dəri baraban Baraban diametri: 180 mm Baraban uzunluq (dərili hissə): 1050 mm Milin uzunluğu (boydan boya): 1440 mm Milin ilkin ölçüləri: 40x40 mm Milin rulmana oturacaq hissənin diametri: 30 mm Mil metal materialı: ST38 Əlavə tələblər: 1. Dəri baraban hazır olduqdan sonra üzərində kanallar açılmalı, çizilməli; 2. İstifadə olunacaq dəri təbii və istifadə olunmamış olmalıdır; 3. İstifadə olunacaq metal öncədən istifadə olunmamış olmalıdır; 4. Val işləmlərindən sonra yastıq keçən hissələr cilalanmalıdır; 5. İstifadə olunacaq taxta öncədən istifadə olunmamış və quru olmalıdır; 6. Mənşəə sertifikatı təqdim olunmalıdır 7. Hazır məhsəlun daşınmada zərər görməməsi üçün hazırlanması (ambalaj) | ədəd | 749 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon
+994555001295
ve ya
jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2022-04-13 saat 11:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-04-21
saat 11:00
qədər,
etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-04-22 saat 11:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI