Tenderə dəvət
Soyuducu yağlayıcı mayelərin süzülməsi üçün diatomit süzgəc materialı (TU-5716-013-25310144-2008) satın alınması ilə əlaqədar
“Azəralüminium” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 150.00 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Soyuducu yağlayıcı mayelərin süzülməsi üçün diatomit süzgəc materialı (TU-5716-013-25310144-2008) | Kimyəvi tərkibi: Silisium Dioksid (SiO2)-80-84% Aluminium Oksid (Al2O3) -4-6% Dəmir Oksid (Fe2O3 )- > 3% Titan Dioksid (TiO2)- 0.27% Kalsium Oksid (CaO)- 0.50-2.50% Maqnezium Oksid (MgO)-0.81% Natrium Oksid (Na2O)-1.27% Kalium Oksid (K2O)- 0.18% Fosfor Oksid (P2O5)-0.09% Fiziki göstəriciləri: Rəngi-Ağ bej rəngli toz Turşu və qələvilik göstəricisi (pH)-6.4-7.2 Nəmlik – 0.5% Sıxlıq-400 kq/m3 Hissəciklərin orta ölçüsü -25mkr Su buraxma qabiliyyəti-2 Darsi | ton | 42 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Həsənov Həsən, telefon
+994502711612
ve ya
hasan.hasanov@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış);
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2022-04-01 saat 11:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-04-11
saat 18:00
qədər,
www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-04-12 saat 11:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI