Tenderə dəvət

Yeni yanacaq doldurma aparatlarının və onların dəyişdirilməsi üçün tələb olunan mal materialların və dəyişdirilməsi xidmətlərinin satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 350 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 COSMIK 111 E/M dispenseri (1 dəq 70-80 lt vuran) mal-material ədəd 12
2 1.5” plastik boru mal-material m 180
3 1.5plastikdən metala keçid mal-material ədəd 24
4 1.5” plastik dirsək mal-material ədəd 24
5 1.5” plastik mufta mal-material ədəd 24
6 Ölçü qabı mal-material ədəd 12
7 yapışdırıcı 250 q mal-material ədəd 12
8 Geri dönüş klapanı F-40 mal-material ədəd 12
9 Elektrik panosu mal-material ədəd 12
10 UPS 2 KVA mal-material ədəd 12
11 Yanacaq səviyyəsini ölçmək üçün metroştok mal-material ədəd 12
12 Dəmir boru F-40 3.5 metr mal-material ədəd 12
13 Flanş F-50 mal-material ədəd 24
14 Ventil F-40 mal-material ədəd 24
15 Amerkanka F40 mal-material ədəd 12
16 Dəmir disk F-40 mal-material ədəd 12
17 Dəmir nipel F-40 mal-material ədəd 60
18 Dəmir sasok F-76 20 sm mal-material ədəd 12
19 Yanmayan kabel 4x2.5 mal-material m 1200
20 20-lik kabel borusu mal-material m 1200
21 M-16 bolt,qayka,şayba dəsti mal-material ədəd 12
22 530-luq çən qapağı mal-material ədəd 17
23 praymer izoliyasiya məhlulu 16 kq mal-material ədəd 17
24 Çənlərin dolumu üçün boru, F-89*3,5 mal-material m 102
25 Flənş F-89 mal-material ədəd 68
26 16 mm bolt və qayka dəsti mal-material dəst 136
27 F-89 dirsək mal-material ədəd 34
28 F-89 dəmir nipel (sasok) mal-material ədəd 17
29 F-89 ABC kumluk dəsti aliminium mal-material dəst 17
30 F-50 sinklənmiş metroştok yuvası mal-material ədəd 17
31 Çən qapaqlarına müdaxilə yuvası mal-material ədəd 17
32 F-50 iç rezba mufta mal-material ədəd 17
33 Antipas 16 kq mal-material ədəd 8.5
34 Dispenser üçün alt oturacağın yığılması xidmət ədəd 12
35 Quraşdırılma (dispenserin boru və elektrik təsisatı, montaj, qaynaq) xidmət ədəd 12
36 Servis ( İldə 3 dəfə olmaqla ) xidmət ədəd 12

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Elçin Hüseynov, telefon +994555005112 ve ya elchin.huseynov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası haqqında məlumat;;
  8. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
  9. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;;
  10. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
  11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
  12. İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar müvafiq cədvələ uyğun verməlidir;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-03-04 saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-03-15 saat 12:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-03-16 saat 12:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI