Tenderə dəvət
Dizel yanacağının “Azneft” İB Bakı Neft Bazasından “Azərpambıq ASK” MMC-nin bölgələrdəki zavod və məntəqələrinə daşınması xidmətinin satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 350 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Dizel yanacağının daşınması | Şirvan rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 110000 | |
2 | Dizel yanacağının daşınması | Sabirabad rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 831000 | |
3 | Dizel yanacağının daşınması | Saatlı rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 831000 | |
4 | Dizel yanacağının daşınması | İmişli rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 430000 | |
5 | Dizel yanacağının daşınması | Beyləqan rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 983000 | |
6 | Dizel yanacağının daşınması | Salyan rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 291000 | |
7 | Dizel yanacağının daşınması | Biləsuvar rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 1010000 | |
8 | Dizel yanacağının daşınması | Goranboy rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 368000 | |
9 | Dizel yanacağının daşınması | Bərdə rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 1080000 | |
10 | Dizel yanacağının daşınması | Tərtər rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 424000 | |
11 | Dizel yanacağının daşınması | Ağdam rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 218000 | |
12 | Dizel yanacağının daşınması | Ağcabədi rayonu ərazisindəki məntəqəyə daşınılacaq | litr | 1080000 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Elçin Hüseynov, telefon
+994
ve ya
elchin.huseynov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- Dizel yanacağının daşınma hüququnu təsdiq edən sənədlərin olması;
- Daşınma marşrutlarının FHN-nin müfafiq strukturlarında təsdiqi;
- Sürücülərin təhlükəli yüklərin daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə etməyə icazə verən şəhadətnamələrinin olması;
- Avtonəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına icazəsi haqqda FHN-nin müvafiq strukturunun şəhadətnaməsi;
- Avtonəqliyyat vasitəsinin təhlükəli yükün daşımasını bildirən müvafiq xüsusi etiketlə nişanlanmasını təsdiq edən sənəd;
- Avtonəqliyyat vasitəsinin yanğından mühafizə avadanlıqları ilə təminatı;
- Avtonəqliyyat vasitəsinin DYP-də texniki baxışdan keçməsini təsdiq edən sənəd;
- Azneft İB –nin Bakı neft Bazasından dizel yanacağının daşınma hüququnu olduğunu göstərən sənəd və bu haqda zəmanət məktubu;
- Avtonəqliyyat vasitəsinin GPS naviqatorla təminatı;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2022-02-02 saat 12:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-02-10
saat 12:00
qədər,
www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2022-02-11 saat 12:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI