Tenderə dəvət

Cəmiyyətin informasiya təhlükəsizliyinin fasiləsiz təmin olunması məqsədilə bir sıra avadanlıqların satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 50 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Gərginlik tənzimləyən cihaz Giriş gərginliyi 135-160V ədəd 20
2 Cooler Tipi yeni termostatlı ədəd 20
3 Dəmir künc dirsək Tipi Yeni Г tipli ədəd 80
4 Access Point Tipi Yeni Rejimləri AP, Bridge – point to point, point to multi-Point, WDS-bridge, repeater. ədəd 14
5 IP Kamera Cihaz növü PoE ədəd 12

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon +994555001295 ve ya jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-11-22 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-11-30 saat 16:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-12-01 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI