Tenderə dəvət

İşçilərin qış geyimləri satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 200 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 İsti mahlıc qısa qış gödəkçəsi (fəhlələr üçün) 1) Material: 65/35 (65 faiz pambıq, 35 faiz polyester) 240qram/m2 2) Astar: İstifadə olunacaq sintifon: 160 qram/m2 (lazer deyil, sintifon ilə təchiz olunmalı) 3)Bel nahiyədə sağ və sol tərəflərdə manjet; 4)Sağ sinədə metal düyməsi olan qapaqlı cib; 5)Sol sinədə metal düyməsi olan qapaqlı cib; 6)Sağ yanda qapaqsız, metal düyməli, üstdən tikilməmiş cib; 7)Sol yanda qapaqsız, metal düyməli üstdən tikilməmiş cib; 8)Sol sinədə boya-basqılı "Azəralüminium" loqo; 9)Kürəkdə boya-basqılı loqo; 10)Biləklərdə "ribana" manjet-kant; 11)Yaxada “traktor” sep; 12)Yaxada 3 ədəd metal düymə; 13)Kürək və sinə boyunca korpusu, habelə qolları əhatə edən işıq əks etdirən zolaq; 14)İçi sintifonlu boyunluq 15)Çiyinlər, kürək, sinə nahiyənin rəng seçimi: pantone 546, digər hissələr: Pantone 5615, rənglər arası nazik qırmızı tikiş zolağı; 14)Standart: EN İSO 11611 və ya analoqu ədəd 830
2 İsti mahlıc qış şalvarı (fəhlələr və mühəndislər üçün) 1) Material: 65/35 (65 faiz pambıq, 35 faiz polyester) 240 qram/m2 2) Lazer astar: lazer sintifon astar ilə təchiz olunmalı 3)Hər iki qıçı əhatə edən işıq əks etdirən zolaq; 4)Rəng seçimi: Pantone 5615; 5)Sağ yanda qapaqsız, düyməsiz cib; 6)Sol yanda qapaqsız, düyməsiz cib; 7)Sağ yan cibin altında "atverka" cibi; 8)Sağ diz büküşündə 2 ədəd metal düyməsi olan qapaqlı "kombat" cib; 9)Sol arxada 1 ədəd metal düyməsi olan qapaqlı cib; 10) Ön hissəsi sepli 11)Standart: EN İSO 11611 və ya analoqu ədəd 1130
3 İsti mahlıc uzun qış gödəkçəsi (mühəndislər üçün) 1) Material: 65/35 (65 faiz pambıq, 35 faiz polyester) 240qram/m2 2) Astar: İstifadə olunacaq sintifon: 160 qram/m2 (lazer deyil, sintifon ilə təchiz olunmalı) 3)Bel nahiyəsi manjetsiz, düz; 4)Sağ sinədə metal düyməsi olan qapaqlı cib; 5)Sol sinədə metal düyməsi olan qapaqlı cib; 6)Sağ yanda qapaqsız, metal düyməli, üstdən tikilməmiş cib; 7)Sol yanda qapaqsız, metal düyməli üstdən tikilməmiş cib; 8)Sol sinədə boya-basqılı "Azəralüminium" loqo; 9)Kürəkdə boya-basqılı loqo; 10)Hər iki biləkdə 1 ədəd metal düyməsi olan kant; 11)Yaxada “traktor” sep; 12)Yaxada 3 ədəd metal düymə; 13)Kürək və sinə boyunca korpusu, habelə qolları əhatə edən işıq əks etdirən zolaq; 14)İçi sintifonlu boyunluq 15)Çiyinlər, kürək, sinə nahiyənin rəng seçimi: pantone 546, digər hissələr: Pantone 5615, rənglər arası nazik qırmızı tikiş zolağı; 14)Standart: EN İSO 11611 və ya analoqu ədəd 300
4 Sviter (mühəndis-texniki-fəhlə heyəti)qış üçün 1) Material: 2 ipli 100 % pambıq parça 2) Sol sinə nahiyədə üstdən tikilmiş, sepli cib ; 3) Boğazlığı kip olmalı, 4)Sol sinə nahiyəsində boya-basqılı “Azəralüminium” loqo çap edilməli(cibin üzərində deyil, sviterin özündə) 5) Hər iki biləkdə ribana manjet; 6) Bel nahiyə manjetsiz, düz; 7) Rəng seçimi: Pantone 546 ədəd 1300

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Elmir Vəliyev, telefon +994 ve ya elmir.valiyev@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-10-05 saat 14:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-10-13 saat 18:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-10-14 saat 14:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI