Tenderə dəvət
Baş ofis üçün İP telefoniya avadanlığının satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 50 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | İP telefoniya sistemi | Telefoniya sistemi avadanlıq olaraq təqdim edilməlidir. Ölçüsü 1U olmalıdır GSM, FXO,FXS portları quraşdırma imkanı olmalıdır Abunəçi sayı: Minimum 150 nəfər Paralel danışıq imkanı ən azı 40 Səsli poçt funksiyası(minimum 8000 dəqiqə) Web üzərindən idarə olunma Danışıqların qeydə alınması İVR funksiya olmalıdır ( Səsli qarşılama) Call Centre funksiyası olmalıdır Zənglərin yazılması Active directory ilə inteqrasıyası Mərkəzləşdirilmiş telefon kitabçası SMTP server inteqrasıyası Kodeklər - G711 (alaw/ulaw), G722, G726, G729A, GSM, Speex, ADPCM, iLBC, H263, H263P, H264, MPEG4 SİP protokolu dəstəkləməlidir Ən azı 2 ədəd 2 × 10/100/1000 Mbps portları Windows və mobil istifadəçilər üçün soft client olmalıdır | ədəd | 1 | |
2 | İP telefon (işçilər üçün) | Ağ arxa işıqlanma, bozumtul, minimal 132 x 64 pikselli ekran. Tam dupleks dinamik G.711a/μ, G.722, G.729a, iLBC codecs dəstəyi Daxili 2-port Ethernet sviçi 10/100 MBps Minimum 2 SİP nömrə dəstəyi gözləyən zəng indikatoru; PoE (“Power Over Ethernet”) ; zənglər jurnalı – daxil olmuş, çıxmış və buraxılmış zənglər (hər bir tip üzrə ən azı son 10 qeyd) ; mikrofonu söndürmək imkanı; səsin tənzimlənməsi imkanı; “Caller ID” dəstəklənməsi; qarnitura qoşma imkanı; tam dupleksli spikerfon imkanı; eyni zamanda 3-dən çox zəngin dəstəklənməsi; zənglərin yönləndirməsi imkanı; müxtəlif inteqrasiya protokollarının dəstəyi; mərkəzləşmiş telefon kitabçası (adress book) və daxil olan zəng abunəçisinin əks olunması; konfrans zəng dəstəyi; Qulaqlıq qoşmaq imkanı Statik və DHCP ip konfiqurasiya Saat sinxronizasiyası NTP/SNTP Ftp/Tftp, Dhcp, Ntp, Http/Https, Ldap protokolları Veb üzərindən ayarlama imkanı Şifrə ilə login olma | ədəd | 65 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon
+994555001295
ve ya
jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd;
- İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2021-10-06 saat 10:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-10-14
saat 15:00
qədər,
etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-10-15 saat 10:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI