Tenderə dəvət

Texniki çiyidin və karbamid gübrəsinin daşınması xidmətinin satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 50 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Texniki çiyidin daşınması Bərdə - Şirvan ton 500
2 Texniki çiyidin daşınması Ağcabədi - Şirvan ton 1000
3 Texniki çiyidin daşınması Beyləqan - Şirvan ton 500
4 Karbamid gübrəsinin daşınması Sumqayıt - Bərdə ton 100
5 Karbamid gübrəsinin daşınması Sumqayıt - Salyan ton 20
6 Karbamid gübrəsinin daşınması Sumqayıt - Saatlı ton 30
7 Karbamid gübrəsinin daşınması Sumqayıt - Ağcabədi ton 60
8 Karbamid gübrəsinin daşınması Sumqayıt - Biləsuvar PİEZ ton 30
9 Karbamid gübrəsinin daşınması Sumqayıt - Beyləqan ton 50
10 Karbamid gübrəsinin daşınması Sumqayıt - Sabirabad ton 140
11 Karbamid gübrəsinin daşınması Sumqayıt - Biləsuvar TST ton 20
12 Karbamid gübrəsinin daşınması Sumqayıt - İmişli ton 60

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon +994555001295 ve ya jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
  8. Zavod ərazisinə daxil olan yük avtomobillərinin sürücüləri təhlükəsizlik və yanğından mühafizə tədbirlərinə riayət etmə barədə razılıq məktubu;
  9. Yüklənmədən sonra yükün itkisi və yanğından mühafizə məqsədi ilə yükün üstü örtülməsi barədə razılıq məktubu;
  10. İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-08-30 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-09-07 saat 12:00 qədər, etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-09-08 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI