Tenderə dəvət

Saatı PİEZ-də yenidənqurma işlərin aparılması üçün tələb olunan avadanlıqlarını icarəsinin satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 100 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Hərəkətli kran səbət (manipulyator) Materialın adı: Hərəkətli kran səbət (manipulyator) Təyinat: Hündürlükdə çalışmaq üçün Qaldırma qabliyyəti: 10 ton Oxun qaldırma qabliyyəti: 7 ton Oxun uzunluğu: 20-22 m Tələb olunan müddət - 45 gün ədəd 2
2 Hərəkətli qaldırıcı kran 25t (avtokran) Materialın adı: Hərəkətli qaldırıcı kran (avtokran) Təyinat: Yükün hündürlüyə qaldırılması Qaldırma qabliyyəti: 25 ton Oxun uzunluğu: 20-22 m Tələb olunan müddət - 45 gün ədəd 1
3 Təkərli ekskovator Materialın adı: Təkərli ekskovator Çalovların növü: ümumtorpaq (sadə), xəndək, planlaşdırıcı Tələb olunan müddət - 30 gün ədəd 1
4 Vibrodöyəcləmə qurğusu Materialın adı: Vibrodöyəcləmə Təyinat: Torpağın döyəclənməsi Tələb olunan müddət - 30 gün ədəd 1

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Hüseynov Elçin, telefon +7 555005112 ve ya elchin.huseynov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış;
  8. İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verməlidir;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-07-30 saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-08-09 saat 17:00 qədər, /etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-08-10 saat 12:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI