Tenderə dəvət
Saatlı PİEZ-də yenidənqurma və təmir işləri aparılması üçün tələb olunan avadanlıq və qazın satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 100 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Divara bərkidilən aksial fan | Materialın adı: Aksial fan Tip: Divara bərkidilən Güc: 0.8-1.0 kVt Cərəyan: 380 V Tezlik: 50 Hz Mühafizə dərəcəsi: IP44 Maks. İşçi təzyiq: 200Pa Məhsuldarlıq: 13000 m3/saat Fırlanma tezliyi: 1315 d/d Eni: 150 mm Uzunluq: 805 mm Hündürlük: 805 mm | ədəd | 10 | |
2 | Divar asılqanı | Materialın adı: Asılqan Növü: Divardan asılan | ədəd | 8 | |
3 | Su nasosu 72m3/saat | Materialın adı: Su nasosu Sorucu dərinliyi: 7-8 m Maksimal təzyiq: 19-20 m Ötürücülük qabiliyyəti: 72 m3/saat Elektrik cərəyan: 220V Suyun keyfiyyəti: Təmiz su Nasosun növü: Üfuqi | dəst | 1 | |
4 | Su nasosu 24m3/saat | Materialın adı: Su nasosu Ötürücülük qabiliyyəti: 24 m3/saat Güc: 5.5kVt Elektrik cərəyan: 220V Förlanma tezliyi: 3000 d/d Elektrik panel əlavə olmalıdır | dəst | 2 | |
5 | Genişlənmə çəni 200l | Materialın adı: Genişləndirmə çəni Həcm: 200 l Növ: Şaquli ayaqlı | ədəd | 1 | |
6 | Flənş | Materialın adı: Flənş Qarşılıqlı (1x1) ədəd | ədəd | 14 | |
7 | Adaptor | Materialın adı: Adapter | ədəd | 14 | |
8 | Elektrikli beton vibratoru | Materialın adı: Beton vibratoru Növü: Elektrikli Cərəyan: 220V Güc: 1200Vt Tezlik: 50Hz | dəst | 2 | |
9 | Perforator böyük | Materialın adı: Perforator, zərbə çəkici Güc: 1700Vt Zərbə gücü: 22Dj Zərbə sayı: 1900-2000 zərbə/dəq. Çəki: 11-12 kq Gərginlik: 220 V Başlıq alətə əlavə olunmalıdır | dəst | 2 | |
10 | Pulverizator | Materialın adı: Pulverizator (spray) Çənin həcmi: 0.7-1 litr Giriş dəlik diametri: 1/4" (6mm) Çən materialı: PVC plastik İşçi təzyiq: 0.2-0.3 Mpa | ədəd | 4 | |
11 | Propan qazı 50 l | Materialın adı: Propan qazı Balon həcmi: 50 l | ədəd | 2 | |
12 | Oksigen qazı 50 l | Materialın adı: Oksigen qazı Balon həcmi: 50 l | ədəd | 4 | |
13 | Qaz qaynağı üçün xortum (oksigen və propan) | Materialın adı: Qaz qaynağı üçün xortum Təyinat: Oksigen, propan Uzunluq 5 m Təzyiq: 60 Bar Giriş bağlantı ölçüsü: G1/4" R Çıxış bağlantı ölçüsü: G1/4" R Daxili diametr: 6 mm Divar qalınlığı: 3.5 mm Rəng: qırmızı və göy (dəst) | dəst | 2 | |
14 | Təzyiq tənzimləyicisi (oksigen qazı) | Materialın adı: Təzyiq tənzimləyicisi Təyinat: Oksigen qazı üçün | ədəd | 2 | |
15 | Təzyiq tənzimləyicisi (propan qazı) | Materialın adı: Təzyiq tənzimləyicisi Təyinat: Propan qazı üçün | ədəd | 2 | |
16 | Oksigen/propan kəsən məşəl | Materialın adı: Oksigen/propan kəsən məşəl 10 ədəd başlıq (nozle) dəstə əlavə olunmalıdır | dəst | 2 | |
17 | Universal səviyyə və şaqulilik ölçən (nivelir- teodalit) | Materialın adı: Səviyyə və şaqulilik ölçən (nivelir- teodalit) | ədəd | 4 | |
18 | Lazer uzunluq ölçən | Materialın adı: Lazer uzunluq ölçən Təyinatı: Uzunluq ölçən | ədəd | 1 | |
19 | Səviyyə ölçən su şlanqı | Materialın adı: Səviyyə ölçən su şlanqı Təyinatı: Səviyyə ölçən Material: Polivinilxlorid | m | 30 | |
20 | Hava kompressoru 8 Bar | Avadanlığın adı: Hava kompressoru Model: TK-500/3x110 Təzyiq: 8 Bar Silindrlərin sayı: 3 Mühərrik gücü: 7,5 l/san Hava əmişi: 1150 l/d Fırlanma tezliyi: 660 d/d Ölçü: 750x1700x1500 mm Çəki: 420 kq | ədəd | 1 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon
+994555001295
ve ya
jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd;
- İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2021-07-27 saat 15:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-08-04
saat 15:00
qədər,
etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-08-05 saat 15:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI