Tenderə dəvət

Kompressor və vakuum nasoslar üçün yağların satın alınması ilə əlaqədar

“ASK Şüşə” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 100 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Ultra Coolant (Kompressor yağı) litr 360
2 PLV-407 (Vakuum yağı) litr 200
3 Transformator yağı litr 200

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Mirteyub Təyublı, telefon +994552264034 ve ya mirteyub.teyubli@ask-glass.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (;
  8. Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd;;
  9. İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar (cədvələ uyğun verməlidir);
  10. Malların nümunəsi (qiymət təklifi verilən tarixə qədər Qaradağ rayonu, Salyan şossesi 25 “ASK ŞÜŞƏ” MMC ünvanına təqdim olunmalıdır).;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-07-27 saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-08-04 saat 12:00 qədər, Qaradağ rayonu, Salyan şossesi, 25 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-08-05 saat 12:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI