Tenderə dəvət
Sənaye və sürtkü yağlarının satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 300 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | M-10DM mühərrik yağı | lt | 47424 | ||
2 | MQE- 46 hidravlika yağı | lt | 18409 | ||
3 | Тап-15В transmisiya yağı (SAE 90) | lt | 4323 | ||
4 | Soyutma sistemi-antifriz | lt | 7436 | ||
5 | Mühərrik yağı 15W40 CF-4 | lt | 9648 | ||
6 | Transmisiya yağı 85W140 GL-5Chon Deere | lt | 1577 | ||
7 | Konsistent yağı Litol -24 | kq | 10640 | ||
8 | mühərrik yağı 15W40 SH | Lt | 2000 | ||
9 | ATF yağı | lt | 200 | ||
10 | Transmisiya yağı 80W-90 GL 5 | lt | 50 | ||
11 | Carina LS 90 API GL-5 | lt | 105 | ||
12 | Carina 80W90 GL-5 | lt | 745 | ||
13 | Vela/C API GL 4 UTTO | lt | 1558 | ||
14 | Hidravlik yağ HLP46 | lt | 13900 | ||
15 | Transformator yağı | lt | 1650 | ||
16 | KP2P-20 | kq | 1500 | ||
17 | Niqrol | lt | 2000 | ||
18 | Kompressor yağı 15w/40 | lt | 230 | ||
19 | Mühərrik yağı | lt | 420 | ||
20 | Chon Deere mühərrikyağı Plus-50 (15/40) | lt | 11771 | ||
21 | Chon Deere hidravlika yağı HY Gard | lt | 8759 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Hüseynov Elçin, telefon
+7 555005112
ve ya
elchin.huseynov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Malların mənşə ölkəsini və (hər bir mal üçün ayrı-ayrılıqda) və uyğunluğu təsdiq edən sənəd;
- ƏŞT-nın 2-ci bölməsinin spesifikasiya hissəsində göstərilən yağların İSO və APİ sertifikatları;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır.);
- İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verməlidir;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2021-07-07 saat 11:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-07-19
saat 11:00
qədər,
/etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-07-20 saat 11:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI