Tenderə dəvət
Kənd təsərrüfatı texnikaları, yük və minik avtomobilləri üçün akkumulyator batareyasının satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 200 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | AKB 60 AH | Düz qütblü. (klemmalar AKB üst səthində,konusvari , Avropa standartı) nominal tutumu : 60A*h gövdənin tipi : ASİA gərginlik : 12V buraxılış cərəyanı : 540A xidmət müddəti : 3-5 il zəmanət müddəti : 1 il | ədəd | 32 | |
2 | AKB 75 AH | Düz qütblü. (klemmalar AKB üst səthində,konusvari , Avropa standartı) nominal tutumu : 75A*h, gövdənin tipi : ASİA gərginlik : 12V buraxılış cərəyanı : 700A xidmət müddəti : 3-5 il zəmanət müddəti : 1 il | ədəd | 15 | |
3 | AKB 100 AH | Düz qütblü. (klemmalar AKB üst səthində,konusvari , Avropa standartı) nominal tutumu : 100A*h gövdənin tipi : ASİA gərginlik : 12V buraxılış cərəyanı : 950A xidmət müddəti : 3-5 il | ədəd | 543 | |
4 | AKB 120 AH | Düz qütblü. (klemmalar AKB üst səthində,konusvari , Avropa standartı) nominal tutumu : 120A*h gövdənin tipi : ASİA gərginlik : 12V buraxılış cərəyanı : 1000A xidmət müddəti : 3-5 il zəmanət müddəti : 1 il | ədəd | 211 | |
5 | AKB 190 AH | Düz qütblü. (klemmalar AKB üst səthində,konusvari , Avropa standartı) nominal tutumu : 190A*h gövdənin tipi : ASİA gərginlik : 12V buraxılış cərəyanı : 1250A xidmət müddəti : 3-5 il zəmanət müddəti : 1 il | ədəd | 14 | |
6 | |||||
7 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Elçin Hüseynov, telefon
+994555005112
ve ya
elchin.huseynov@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- Bütün akkumulyatorlar üçün istehsal tarixinin 2021-ci il olması şərtdir;;
- İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2021-06-22 saat 12:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-07-01
saat 12:00
qədər,
etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-07-02 saat 12:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI