Tenderə dəvət

Odadavamlı sementlərin (sobaların təmiri üçün alüminium oksid və silisium tərkibli) satın alınması satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 300.00 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Odadavamlı sement Təsviri - Alüminium tutma və əritmə sobalarında, indüksiyon sobalarının yanma kameralarında istifadə ediləcən möhkəmliyi və termal şok müqaviməti ilə yüksək nəticə göstərən beton qarışığı. Kimyəvi tərkibi: Al2O3 + TiO2-% 77, Fe2O3-% 1.2, CaO-% 1.8, SiO2-% 9-10; Fiziki xüsusiyyətləri: qatqı maye - su, su nisbəti -% 4-5, maskimim tətbiq olunma temperaturu - 1200 ° C, kütlə sıxlığı-2.90 (T / m3), birləşmə növü - keramika, saxlama müddəti -12 ay, dənəvərlik ölçüsü 4.2-5 mm, soyuq sınma qüvvəsi 120 (110) N / mm2 (° C), soyuq sınma qüvvəsi -150 (815 N / mm2 (° C), daimi xətti dəyişmə -0.4 (1000)% (° C); istilik keçiriciliyi- 800 ° C-2.3 W / mk; Ton 43
2 Odadavamlı sement Təsviri - boksit və şamot əsaslı beton qarışığı alüminium soba divarları və damlarında istifadə olunur. Kimyəvi tərkibi: Al2O3 + TiO2-% 53, Fe2O3-% 1.1, Fiziki xüsusiyyətləri: qatqı mayesi-su, su nisbəti-% 5-6, temp. tətbiq limiti. - 1200 ° C, kütlə sıxlığı-2.5 (T / m3), birləşmə növü - keramika, saxlama müddəti -12 ay, dənəvərlik ölçüsü 4.2-5 mm, soyuq sınma qüvvəsi 70 (110) N / mm2 (° C), soyuq sınma qüvvəsi -90 (815 N / mm2 (° C), daimi xətti dəyişmə -0.3 (1000)% (° C); istilik keçiriciliyi- 800 ° C-1.3 W / mk; Ton 2
3 Odadavamlı beton Təsviri - Terma şoklara davamlılığı və möhkəmliyi ilə çuqun tökmə çalovlarında istifadə olunur. Kimyəvi tərkibi -Al2O3 42.14, SiO2 51.36%, FeO3 1.76%, sıxlıq (g/cm3) 110°C X24 2.31. Ton 5
4 Odadavamlı sement Təsviri: Boz dəmir, yüksək teperaturda əriyən əlvan metallar və polad tökmə üçün istifadə edilən yüksək, orta və aşağı tezlikli nüvəsiz induksiya sobaların astarlanmsı üçün istifadə olunan odadavamlı sement. Hissəciklərin ölçüsü:> 2 mm -17 ± 7% / 0.25-2 mm -38 ± 8 / <0.25mm 45 ± 8%; Kimyəvi tərkibi: Al2O3-0.9%, SiO2 -98-99%, Fe2O3 0.4%; sıxlığı - 2080kg / m3; Tətbiqi: əllə və ya vibrasiya avadanlıqları ilə alt və yan divarların bərkidilməsi ilə. Ton 10

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Həsənov Həsən, telefon +994502711612 ve ya hasan.hasanov@azeraluminium.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-06-11 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-06-22 saat 18:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-06-23 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI