Tenderə dəvət
Xam pambığın saxlanılması üçün 2021-ci mövsüm ilində gərəkli olan 14 ədəd sorucu fanların satın alınması ilə əlaqədar
“Azərpambıq ASK” MMC
ELEKTRON TENDERƏ DƏVƏT EDİR
:
İştirak haqqı: 200 AZN
S/S | Malların işlərin və ya xidmətlərin adı | Malın və ya məhsulun kodu | Təsviri və ya xüsusiyyətləri | Ölçü vahidi | Həcmi / miqdarı |
---|---|---|---|---|---|
1 | Xam pambıq tayalarının saxlanılması üçün sorucu (radial) fan | Avadanlığın adı: Sənaye radial fan Təyinat: Nəmi xam pambıqdan çəkmək Hava sərfiyyatı: 14400 m3/saat Ümumi təzyiq: 4710 Pa İşçi temperatur: -40C...+40C Mühərrik gücü: 37 kVt FİƏ: 92% Pərin dönmə tezliyi: 1470 d/d Cərəyan: 380 V Tezlik: 50 Hz Effektivlik sinfi: İE1 (EFF2) Müdafiə dərəcəsi: İP55 Konstruksiya növü: Mərkəzdənqaçma (Radial) Pər materialı: Karbon polad Gövdə (korpus) material: Karbon polad Gövdə material: Karbon polad Birləşmə növü: Birbaşa (mühərrik-pər) 1. Əlavə tələblər: Fan gövdə üzərində təkərlərin olması; 2. Mənşəə sertifikatı təqdim olunması 3. Texniki sənəd və cizgilərin təqdim olunması 4. Hava çıxış kanalının yuxarı 90° olması 5. Hava çıxış kanalı üzərində əlavə boru bağıantısının olması | ədəd | 14 |
Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.
(Əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon
+994555001295
ve ya
jala.rustamova@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd;
- İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar;
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla)
2021-06-10 saat 12:00
tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-06-21
saat 16:00
qədər,
etender.gov.az portalı ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-06-22 saat 12:00
tarixində www.etender.gov.az
ünvanında açılacaqdır.
TENDER KOMİSSİYASI