Tenderə dəvət

Sıxıcı qurğu ilə yük qaldırma kəmərinin (L= 10m, işçi yük 5000 kq, qalınlıq -2mm, eni- 50mm EN 12195-2 standartına uyğun) satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 300 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Sıxıcı qurğu ilə yük qaldırma kəməri 1. Standart: EN 12195-2 2. Material: Polyester 3. Uzunluğu; 9,5+0,5 m (10m) 4. Eni: 50 mm 5. İşçi yük: 2500 kqq (daN) 6. Maksimal yük: 5000 kqq (daN) 7. Qırıcı qüvvə: 7500 kgq (daN) ədəd 12000

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Həsənov Həsən, telefon +994502711612 ve ya hasan.hasanov@azeraluminium) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-04-09 saat 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-04-19 saat 18:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2021-04-20 saat 11:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI