Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanında və 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə

                                                                                           AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2004) 3.1-ci bəndində “5” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2272; 2018, № 6, maddə 1201) ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.2-ci bəndinin birinci cümləsində “5” rəqəmi “6” rəqəmi ilə və ikinci cümləsində “4” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.

 

 

                                 İlham ƏLİYEV,

             Azərbaycan Respublikasının Prezidenti

                       Bakı şəhəri, 20 aprel 2020-ci il

                                       № 997