"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Baş direktoru Kamran Nəbizadə və Korporasiyanın rəhbər heyəti 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə Fəxri Xiyabana gələrək, Ulu Öndərin məzarını ziyarət ediblər. Korporasiyanın nümayəndələri  müasir Azərbaycanın banisi Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. Həmçinin Cəmiyyətin rəsmiləri  Korporasiyanın inzibati binasının foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin əbədi xatirəsini dərin hörmətlə anıblar.

Fotolent

Yeni Tədbir