“Azəralüminium” MMC ekoloji tarazlığın bərpası baxımından əhəmiyyətli addım atıb

  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC ekoloji tarazlığın bərpası, insanların diqqətini  ətraf mühitin mühafizəsinə yönəltmək baxımından əhəmiyyətli addım atıb. Belə ki, zavodun rəhbərliyinin təşəbbüsü ilə istehsalatdan qalan tullantı dəmir materiallardan istifadə edilərək, zavodun girişində velosiped dayanacağı quraşdırılıb. Dayanacaq “Azəralüminium” MMC-nin  əməkdaşları tərəfindən hazırlanıb.  

Dayanacağın quraşdırılmasında məqsəd velosiped həvəskarı olan əməkdaşların işə gəlmə və getmə vaxtlarını səhər və axşam idmanına çevirməkdir.  Bununla da “Azəralüminium” MMC-də çalışanlar ilə yanaşı Gəncə şəhər sakinləri arasında da  “Sağlam həyat”  tərzi  təbliğ  olunur.

Qeyd edək ki, zavodun ərazisinə  gələn asfalt yolun sol hissəsində velosiped sürücülərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi zolaq da ayrılıb.

Fotolent

Yeni Tədbir