“Azərbaycan Sənaye Korporasiyası” ASC-də 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin qadın əməkdaşları üçün təbrik mərasimi keçirilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Korporasiyada çalışan qadın əməkdaşları 8 Mart Beynalxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, səadət və uğurlar arzulayıb, fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
Baş direktor təbrikini tədbir iştirakçılarına çatdırdıqdan sonra qadınlara bayram hədiyyələri, gül dəstələri və diplomlar təqdim olunub.
 

Fotolent

Yeni Tədbir