“Azəralüminium“ MMC xeyriyyə aksiyası keçirib

30 dekabr 2023-cü il tarixində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC tərəfindən xeyriyyə tədbiri keçirilib. Tədbir çərçivəsində “Azəralüminium” MMC-nin əməkdaşları uşaqlara bayram sevinci bəxş etmək məqsədilə Gəncə “SOS Uşaq Kəndi” və Gəncə şəhəri uşaq evində olublar. Aksiya iştirakçıları uşaqları təbrik edib, onları bayram hədiyyələri ilə sevindiriblər.

Fotolent

Yeni Tədbir