Tenderə dəvət

İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirlərinin görülməsi ilə bağlı hüquqi yardım xidmətlərinin satın alınması ilə əlaqədar

“Azərpambıq ASK” MMC ELEKTRON TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 250 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 Ağcabədi rayon İcra və probasiya şöbəsi İş sayı-7 Məbləğ-14893 ədəd 1
2 Ağdam rayon icra və probasiya şöbəsinə İş sayı-14 Məbləğ-23977,81 ədəd 1
3 Bərdə rayon İcra və probasiya şöbəsi İş sayı-11 Məbləğ-20814 ədəd 1
4 Beyləqan rayon icra və probasiya şöbəsinə İş sayı-7 Məbləğ-28159,45 ədəd 1
5 Biləsuvar rayon icra və probasiya şöbəsinə İş sayı-3 Məbləğ-31007,43 ədəd 1
6 Füzuli rayon İcra və probasiya şöbəsi İş sayı-3 Məbləğ-3519 ədəd 1
7 Goranboy rayon İcra və probasiya şöbəsi İş sayı-4 Məbləğ-21197 ədəd 1
8 İmişli rayon İcra və probasiya şöbəsi İş sayı-25 Məbləğ-329448,42 ədəd 1
9 Neftçala rayon İcra və probasiya şöbəsi İş sayı-5 Məbləğ-13064 ədəd 1
10 Saatlı rayon İcra və probasiya şöbəsi İş sayı-16 Məbləğ-104742 ədəd 1
11 Sabirabad rayon İcra və probasiya şöbəsi İş sayı-29 Məbləğ-75145,73 ədəd 1
12 Şamaxı rayon İcra və probasiya şöbəsi İş sayı-1 Məbləğ-4052,43 ədəd 1
13 Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi İş sayı-20 Məbləğ-30161,02 ədəd 1
14 Tərtər rayon İcra və probasiya şöbəsi İş sayı-3 Məbləğ-3581 ədəd 1

 

Müsabiqə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə həyata keçirilir. Maraqlanan şəxslər müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün www.etender.gov.az keçidindən istifadə etməlidir. Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək üçün “asan ödəniş” vasitəsilə iştirak haqqını ödəyərək tenderdə iştirak edə bilərsiniz.

(Əlaqələndirici şəxs Sona Əliyeva, telefon +994555001384 ve ya sona.aliyeva@azercotton.com) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-12-07 saat 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2023-12-15 saat 17:00 qədər, www.etender.gov.az ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2023-12-18 saat 10:00 tarixində www.etender.gov.az ünvanında açılacaqdır.

TENDER KOMİSSİYASI